AZ

Ərdoğan Səudiyyə Ərəbistanına gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə Toplantısında iştirak etmək üçün saat 08.45-də “CAN” adlı şəxsi təyyarə ilə Səudiyyə Ərəbistanına gedib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanı Esenboğa hava limanından vitse-prezident Cevdet Yılmaz, Ankara valisi Vasip Şahin, AK Partiya sədr müavini Efkan Ala və digər əlaqədar şəxslər yola salıblar.

Ərdoğan ilə bərabər enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, prezidentin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın da Səudiyyə Ərəbistanına gedib.

Seçilən
14
sia.az

1Mənbələr