AZ

Tramp vəzifəyə başlamazdan əvvəl xəbərdarlıq etdi: Netanyahu üçün işlər dəyişir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Co Bayden administrasiyasına İsrail və Hizbullah arasında atəşkəsə nail olmaq üçün səylərdə irəliləyişin olması lazım olduğu mesajını verdiyi bildirilib.

Turkustan.az xəbər verir ki, ABŞ-ın yeni prezidenti Donald Trampın Co Bayden administrasiyasına İsrail və Hizbullah arasında atəşkəsə nail olmaq üçün səylərdə irəliləyişin olması lazım olduğu mesajını verdiyi iddia edilib.

“Yedioth Ahronot” qəzetinin adı açıqlanmayan ABŞ rəsmilərinə əsaslanan xəbərində ABŞ-ın yeni seçilmiş prezidenti Trampın İsrail və Hizbullah arasında atəşkəslə bağlı Bayden rəhbərliyinə mesaj göndərdiyi bildirilib.

Qəzetə danışan ABŞ rəsmiləri bildiriblər ki, ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteyn əmindir ki, hər iki tərəf razılığa gələ və bir ildən artıqdır davam edən münaqişələrə və İsrailin Livanın cənubuna hücumlarına son qoya bilər.

Yedioth Ahronot qəzeti İsraildəki adlarını açıqlamadığı siyasi məmurlara əsaslanan hesabatında (Livanla) atəşkəs ehtimalının da müzakirə edildiyini iddia edib.

Digər tərəfdən, İsrail prezidentlik ofisindən verilən açıqlamada, prezident İsaak Hersoqun İsrailin Qəzza və Livanda davam edən hücumlarını müzakirə etmək üçün çərşənbə axşamı Ağ Evdə ABŞ prezidenti Bayden ilə görüşəcəyi bildirilib.

İsrailin baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasından sonra yayımladığı videomüraciətdə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla son bir neçə gündə 3 mühüm görüş keçirdiyini bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
32
50
turkustan.az

10Mənbələr