AZ

Bakıda keçirilən COP29 maliyyə COP-u olmalıdır - Meana Raman

Bakı. Trend:

Hazırda biz bütün dünyada dağıntıları, meşə yanğınlarınıquraqlıq, isti hava dalğaları görürük.

Trend xəbər verir ki, bunuBakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə SazişininTərəflər Konfrasının 29-cu Sessiyası (COP29) çərçivəsində “Mədəniirsin qorunması və istifadəsi: Şanksinin (Shanxi) keçidini açmaqüçün açar” adlı mətbuat konfransında çıxış edən “Üçüncü dünyaşəbəkəsi” təşkilatının nümayəndəsi Meana Raman deyib.

O qeyd edib ki, yoxsul ölkələr artıq bu iqlim fəlakətlərinincəzasını çəkirlər.

“Bu fəlakətlərə səbəb olanların artıq heç bir bəhanəsi yoxdur.İndi onlar məsuliyyətlərini yerinə yetirib-yetirməyəcəklərinigörmək üçün önə gəlməlidirlər.

Bakıda keçirilən COP29 maliyyə COP-u olmalıdır. Bu, çox önəmliməsələdir. Masada pul olmadan uyğunlaşma maliyyəsinə ehtiyacınızdanvə itki və zərərin həllindən danışa bilməzsiniz. İqlim maliyyəsitarixi məsuliyyətdən qaynaqlanır. Bunu unutmayaq”, - deyə obildirib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bugündən Azərbaycanda start götürür. Bununla bağlı qərar ötən ildekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Seçilən
18
3
az.trend.az

3Mənbələr