Bakı. Trend:
Qlobal Cənub ölkələri borclara əsaslanmayan iqlim maliyyəsitələb edir.
Trend xəbər verir ki, bunuiqlim və sosial elmlər sahəsində müstəqil tədqiqatçı, BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) nəzdində gənclərtəşkilatı “YOUNGO”nun üzvü Aya Xurşid "USCAN: yerli xalqlarınCOP-un ehtimal olunan nəticəsinə baxışı" mövzusunda panelmüzakirəsi zamanı deyib.
"Biz COP29-da iştirak etmək üçün Bakıya dünyanın hər yerindənsadəcə müəyyən bir məbləğdə razılaşmaq üçün gəlirik. İllərdir ki,itki və zərərin ödənilməsi Fondu ilə bağlı razılıq əldə etməyəçalışırıq. Ümid edək ki, bu vəsait bərpa işlərinə, həyatınmaliyyələşdirilməsinə yönəldiləcək, dağıntılara deyil. İrsimizdağıntıların maliyyələşdirilməsi ilə əlaqəli olmasın. Burada iqlimmaliyyələşdirilməsi barədə danışarkən, biz trilyonlarla vəsaittələb edirik. Biz borca əsaslanmayan, qlobal Cənub ölkələri üçünborc yükünü artırmayan iqlim maliyyələşdirilməsi tələb edirik.Bundan əlavə, iqlim maliyyələşdirilməsinin borcun silinməsişəklində olmasını istəyirik. Bu, həqiqətən, çox vacibdir. Çünki vədedilən 100 milyard dollar hətta keçən il də reallaşmadı və onların63 faizi kredit şəklində təqdim edildi. Buna görə də, burada yerlixalqların nümayəndələri olaraq tələb etdiyimiz, ictimaimaliyyələşmə, qrantlar olmalıdır”, – o bildirib.
Onun sözlərinə görə, “yaşıl” iqlim fondu bəzən təsdiq üçün 3 iltələb edir.
"Sonu olmayan bürokratiya. Biz əslində nə tip iqlimmaliyyələşdirilməsi təklif edirik? Tarixi bir məqamdayıq və qeydetmək vacibdir ki, iqlim dəyişikliyi nağıl deyil. Zərərli sahələrinmiqyasını azaltmağa başlamalıyıq. Bu yolla maliyyələşməni təmin edəbilərik. Biz post-inkişaf düşüncəsinə çağırırıq və bundan əlavə,bu, çox vacib bir məqamdır və gələcək nəsillər burada qəbuletdiyimiz qərarlardan təsirlənəcək. Bu günlər ərzində birlikdə çoxçalışaq. Ümid edirəm ki, biz öhdəliklərimizi yerinə yetirəcəyik," -Aya Xurşid əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda COP29 konfransı rəsmi olaraqbaşlayıb. 11-22 noyabr tarixlərində davam edəcək bu tədbir dünyaliderlərini, siyasətçiləri və iqlim üzrə ekspertləri iqlimdəyişmələri ilə bağlı təcili problemləri müzakirə etmək üçün biraraya gətirir. Gündəlikdə iqlim maliyyələşdirilməsi, emissiyalarınazaldılması hədəfləri və qlobal əməkdaşlıq məsələləri dayanır.COP29-un nəticələri planetin gələcək iqlim strategiyasınınformalaşmasına mühüm təsir göstərəcək.