AZ

Bölgələrdən Bakıya gələnlərin nəzərinə! - Fasilələrlə buraxılacaqlar

Bu gündən Azərbaycanda COP29 tədbiri başlayır.

Bölgələrdən Bakıya gələnlər üçün bir daha alternativ marşut istiqamətlərini təqdim edir.

Bölgələrdən gələn avtomobillər aşağıdakı şəkildə yönləndirilir:

- Şıxov istiqamətində, yəni, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Lökbatan dairəsi yaxınlığında təşkil olunan nəzarət postundan Bakı kənar dairəvi yolu istiqamətinə yönəldiləcək, oradan Badamdar və ya Yasamal, “Şamaxinka” istiqamətinə gedə biləcəklər;

- Şamaxı-İsmayıllı istiqamətindən hərəkət edən nəqliyyat vasitələri Müşfiqabad-Xocahəsən yolunda təşkil olunacaq postlarda nisbətən azaldılmaqla “Şamaxinka”dan geriyədönmə və Ziya Bünyadov prospektinə fasilələrlə buraxılacaq;

- Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyatın hərəkəti Sumqayıt şəhərinin girişində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında təşkil olunacaq postda müvəqqəti azaldılacaq, fasilələrlə buraxılacaq;

- Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat isə Binəqədi-Baksol yolunda təşkil olunacaq postdan fasilələrlə buraxılacaq;

Qeyd edək ki, COP29 zamanı Bakıda nəqliyyatın əsas hissəsi Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətinə yönəldiləcək.

Seçilən
132
49
azpolitika.info

10Mənbələr