AZ

"Futbolçularda yaranan arxayınlıq..." - Kənan Kərimov sensasiyanı belə izah etdi

1-ci liqada 7-ci tur başa çatdı. Çempionluğa iddialı "Qəbələ" və "İmişli" növbəti qələbəsini qazandısa, "Karvan" şok yaşadı.

Belə ki, Yevlax təmsilçisi 2500 azarkeşin gözü önündə çempionatın ortabablarından sayılan, yolpulu tapa bilməyən "Cəbrayıl"a uduzdu - 1:2. Bilindiyi kimi, bu, "Karvan"ın ardıcıl ikinci məğlubiyyətidi. Komanda daha əvvəl ölkə kubokunun 2-ci təsnifat mərhələsində "Qaradağ Lökbatan"a uduzaraq (0:3) mübarizəni dayandırıb. Halbuki çoxu yevlaxlıların əzəmətini bərpa etməyə doğru irəlilədiyini düşünürdü.

Görəsən, komandada nə baş verir? Gözlənilməz məğlubiyyəti necə izah etmək olar?

Bu suallarla "Karvan"ın baş məşqçisi Kənan Kərimova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Çox üzgünük... Ona görə ki, evdə, azarkeş ordusunun qarşısında uduzmaq bizi çox məyus etdi. İkinci dəqiqədə lazım olan qolu vurduq. Mənə elə gəlir ki, futbolçularda yaranan arxayınlıq məğlubiyyətə səbəb oldu. Futbolda belə hadisələr baş verir. Matç geridə qaldı. Hər halda, turnir cədvəlində liderik. Motvasiyamızı itirməməliyik. Qələbəyə köklənib növbəti oyunlarda xallar qazanmağa davam etməliyik".

Xatırladaq ki, komanda 8-ci turda hələ məğlubiyyət üzü görməyən, qol buraxmayan "Qəbələ"ni qəbul edəcək.

KƏNAN BAHADIR
Seçilən
18
football-plus.az

1Mənbələr