ABŞ-ın Alabama ştatındakı Tuskegee Universitetində atışma baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb.
Aralarında universitet tələbələrinin də olduğu 16 yaralı xəstəxanaya aparılarkən, hüquq-mühafizə qüvvələri ərazini nəzarətə götürüb.
Açıqlamada, hücumda həyatını itirən şəxsin Tuskegee Universitetinin tələbəsi olmadığı və hücumla bağlı istintaq başladıldığı bildirilib.