AZ

Qızılhasar, Zəncan, Əhər və Həmədan həbsxanalarında azı 15 nəfər edam edilib

Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupuna istinadən, çərşənbə günü Kərəcin Qızılhasar həbsxanasında ən az 10 məhkum dar ağacından asılıb.

Qızılhasarda asılanların arasında narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar edama məhkum olunmuş üç Əfqanıstan vətəndaşının olduğu bildirilib.

Çərşənbə günü Zəncanda və Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində də edam hökmləri icra edilib.

IHR qrupunun bildirdiyinə görə, Əhərdə edam edilən Yusuf Ramazani 3 il idi narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar həbsdə idi. Zəncanda edam edilən məhkumun kimliyi isə 40 yaşlı İzzət Seyyidi olaraq açıqlanıb. Seyyidi adam öldürməkdən təqsirli bilinərək ölüm cəzasına məhkum edilmişdi.

Keçən həftə Zəncanda Süleyman Abbaspur adlı 21 yaşındakı məhkumun da edam hökmü icra edilib. Cəza aldığı zaman Abbaspurun yaşının 18-dən kiçik olduğu bildirilib.

Həmədan həbsxanasında isə iki məhkumun ölüm cəzası bazar günü tətbiq edilib. Hüquq müdafiə qurumunun məlumatına görə, adam öldürməkdən təqsirli bilinən Daryuş Səidi və Hamid Mehriban qisas cəzasına məhkum edilmişdir.

visiontv.az



Seçilən
20
visiontv.az

1Mənbələr