AZ

COP29 bizi narahat edən bütün digər məsələlərə böyük təsir göstərəcək - Tasneem Essop

COP29-un bizi narahat edən bütün digər məsələlərə böyük təsir göstərəcəyini başa düşürük.

Olaylar.az xəbər verir ki, bu barədə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası(COP29) çərçivəsində keçirilən "İqlim fəaliyyət şəbəkəsi"nin mətbuat konfransı zamanı şəbəkənin icraçı direktoru Tasneem Essop bildirib.

O qeyd edib ki, maliyyə danışıqları həll edilməsə, bu,adaptasiya ilə bağlı danışıqlara öz təsirini göstərəcək.

"Dubayda eşitdiyimiz vədlərdə kifayət qədər maliyyə yox idi. İqlimin maliyyələşdirilməsi danışıqlarının itki və zərəri əsas prioritet kimi əlavə edəcəyini tam başa düşmədən buradan ayrıla bilmərik. Maliyyə məsələsi bütün digər məsələlərə təsir edir",- deyə o bildirib.

Qeyd edək ki, bu gün COP29 konfransının Yaşıl Zonadakı tədbirlərinə start verilib.

Xatırladaq ki, noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
36
olaylar.az

10Mənbələr