AZ

COP29 çərçivəsində dayanıqlı inkişaf liderlərinin görüşü keçiriləcək

Bakı. Trend:

Noyabrın 13-də COP29 çərçivəsində iqlim fəaliyyəti və dayanıqlıinkişaf sahəsində əməkdaşlıq mövzusunda liderlərin toplantısıkeçiriləcək.

Trend xəbər verir ki, iclasDünya İqtisadi Forumunun (DİF) 4-cü Sənaye İnqilabı MərkəzləriŞəbəkəsi və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənayeİnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM)təşkilatçılığı ilə keçiriləcək.

Tədbirdə DİF-in rəhbər şəxsləri, hökumət və özəl sektornümayəndələrinin iştirakı gözlənilir.

Görüşdə enerji keçidi, təbii resursların idarə edilməsi və iqlimtədbirlərinin gücləndirilməsi sahələrində strateji əməkdaşlıqməsələləri müzakirə olunacaq.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcəkCOP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
14
6
az.trend.az

10Mənbələr