AZ

COP29-da “İqlim ədalətini tələb etmək üçün qlobal kampaniya” mövzusunda panel müzakirəsi keçirilib (FOTO)

Bakı. Trend:

COP29-da “İqlim ədalətini tələb etmək üçün qlobal kampaniya”mövzusunda panel müzakirəsi keçirilib.

Trend xəbərverir ki, IBON Beynəlxalq İqlim Ədaləti Proqramının Siyasət MəmuruCaks Bonqon panel müzakirəsi zamanı qeyd edib ki, COP29 maliyyəməsələlərinə həsr olunmuş konfrans olmalıdır.

"COP29 Qlobal Cənub ölkələrinin təcili ehtiyaclarına cavab verənmaliyyə konfransı olmalıdır. Bu bölgələrdə insanlar dənizsəviyyəsinin qalxması, daşqınlar, super tayfunlar, istilikdalğaları və quraqlıqlar qarşısında sözün əsl mənasında həyatlarıüçün mübarizə aparırlar", - deyə o bildirib.

Britaniyalı fəal və War on Want təşkilatının direktoru ƏsədRəhman, COP29-un ümid zirvəsi olduğunu vurğuladı.

"Biz sülhü və əməkdaşlığı təşviq etmək səylərini dəstəkləyirik.Qlobal vətəndaş cəmiyyətinin əldə etdiyi nailiyyətlər, müxtəlifdövlətlərin insan hüquqlarının müdafiəsinə verdiyi töhfələr ümumiməqsəddə birləşdikdə mümkün olan tərəqqidən xəbər verir. Bizbilirik ki, BMT kimi beynəlxalq qurumlar bu prinsipləri müdafiəetmək üçün yaradılıb və biz onları dəstəkləməyə sadiqik. Bu COPzirvəsi ümid zirvəsidir", - o bildirib.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcəkCOP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

COP29-da
COP29-da
COP29-da
COP29-da
Seçilən
29
az.trend.az

1Mənbələr