AZ

Göyçayda ağır qəza: Yaralılar var

Göyçayda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

İNFOAZ.WS xəbər verir ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib. Hadisə nəticəsində avtomobil yolun kənarındakı maneəyə çırpılaraq aşıb. Nəticədə avtomobildə olan 2007-ci il təvəllüdlü Fikrət Məmmədov, 2004-cü il təvəllüdlü İbrahim Adgözəlov və 2004-cü il təvəllüdlü Nuran Daşdəmirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Seçilən
148
5
infoaz.ws

10Mənbələr