Tramp ABŞ-ı NATO-dan çıxarmağa çalışacaq
ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Trampın prezident Co Baydenin vəzifədə olduğu zaman qəbul edilən və ölkənin NATO-dan çıxmasını mümkünsüz edən qanunu geri qaytara bilər.
Reyting.az xəbər verir ki, belə iddia ilə “Politico” nəşri çıxış edib.
Nəşr hüquq ekspertlərinə əsaslanaraq yazıb ki, Tramp müvafiq qanunu qüvvədən salmaq üçün prezidentin xarici siyasət üzrə müşavirlərinə müraciət edə bilər.
Xatırladaq ki, Bayden dövründə qəbul edilən qanuna görə, ABŞ prezidentinin NATO-dan çıxma qərarı verməsi üçün 2/3 səs çoxluğu ilə Senatın təsdiqini və ya Konqresin təsdiq etdiyi qanunu almalıdır. Bu səbəbdən də Trampın NATO-dan çıxmaqla bağlı istənilən qərarı ABŞ administrasiyası ilə Konqres arasında münasibətlərdə ciddi gərginliyə səbəb ola bilər.
“New York Times” qəzeti seçkidən əvvəl Trampın yenidən qalib gələcəyi təqdirdə NATO-dan çıxmaq üçün düyməyə basa biləcəyini, illərdir bağlı qapılar arxasında söylədiyi bu fikri həyata keçirəcəyini yazmışdı.
Qeyd edək ki, D. Tramp NATO üzvlərini maliyyə töhfələri ilə bağlı dəfələrlə tənqid edib.
ELÇİN