AZ

Maliyyə olmadan iqlim fəaliyyəti haqqında danışmaq əhəmiyyətsizdir - Teresa Anderson

Maliyyə olmadan iqlim fəaliyyəti haqqında danışmaq əhəmiyyətsizdir.

Olaylar.az xəbər verir ki, bu barədə Bakıda keçirilən mətbuat konfransında çıxışı zamanı "ActionAid" qlobal iqlim ədaləti lideri Teresa Anderson deyib.

"İqlim fəaliyyətinə ciddi yanaşırıqsa, iqlim fəaliyyətinə görə pul ödəməliyik.

Problemə səbəb olmaq üçün, demək olar ki, heç nə etməyən ölkələr iqlim böhranı ilə daha çox üzləşir. Buna görə də iqlimdən zərər çəkən ölkələrin hər il trilyonlarla dollar dəyərində real pulu qrant şəklində təqdim edən yeni iqlim maliyyəsi məqsədini razılaşdırmaq üçün COP29-a çox ehtiyacı var.

Qlobal Şimalın varlı ölkələri iqlimlə mübarizə üçün real pul ödəməlidirlər. Bununla belə, indiyədək varlı ölkələr öz öhdəliklərini yerinə yetirməkdən yayınırlar. Təəssüf ki, zəngin ölkələr iqlimin maliyyələşdirilməsi məsələsinə ciddi yanaşmırlar. Qrant əsaslı maliyyə üçün trilyon dollar irəli sürməyə hazır olmaq əvəzinə, özəl maliyyənin boşluğu doldura biləcəyini iddia edirlər".

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
2
olaylar.az

3Mənbələr