AZ

“Mançester Yunayted”də viza problemi

“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorimin İngiltərə klubuna qoşulması gecikəcək.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis viza probleminə görə hələlik Böyük Britaniyaya uça bilmir. Prosesin bir neçə gün daha uzanacağı gözlənilir.

39 yaşlı çalışdırıcı noyabrın 11-də Mançester təmsilçisinə qoşulmalı idi.

Xatırladaq ki, “Mançester Yunayted” Ruben Amorimlə 2027-ci ilin yayınadək müqavilə imzalayıb. Mütəxəssis bu vəzifədə Erik ten Haqı əvəzləyib.

Seçilən
26
msport.az

1Mənbələr