Xarici mətbuatda Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş lideri Donald Tramp arasında telefon danışığının baş tutduğu haqda xəbərlər yalandır.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Heç bir söhbət olmayıb. Bu, tamamilə yalan, uydurmadır”, - o bildirib.
Qeyd edək ki, “Vaşinqton Post” Trampla Putin arasında 7 noyabrda telefon danışığı olduğunu yazıb.