AZ

Bakıda COP29-un Mavi Zona tədbirləri davam edir - VİDEO

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zona tədbirləri davam edir.

"Cebheinfo.az" xəbər verir ki, hazırda Gənclər üçün oriyentasiya sessiyası keçirilir.

Həmçinin, paralel olaraq, digər tədbirlər davam edir.

"LCIPP: Çox maraqlı tərəflərin dialoqu" - Mandatlı tədbiri:

Yer haqqında məlumat günü 2024 - Mandatlı tədbiri:

"ICLEI: Şəhərlər və regionlar sürətləndirilmiş, çoxsəviyyəli iqlim planları, fəaliyyət və maliyyə tələb edir" tədbiri keçirilir:

Beynəlxalq İqlim Fəaliyyət Şəbəkəsinin (Climate Action Network International) tədbiri də davam edir.

12:33

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zona tədbirləri davam edir.

COP29-un açılış mərasimi ilə paralel olaraq ABŞ-nin Vanderbilt Universitetinin tədbiri keçirilib və iqlim dəyişiklikləri məsələsinin təhsil və elmlə əlaqələndirilməsi müzakirə edilib.

Bundan bir qədər sonra İqlim Fəaliyyət Şəbəkəsinin (Climate Action Network) müzakirələri keçirilib.

Banqladeşin "COAST Trust" təşkilatının tədbirində isə fəlakət nəticəsində məcburi köçkünlük riski altında olan insanların hüquqlarının təminindən danışılıb.

11:06

Bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) işinə başlayıb.

"İqlim Ədalətini Tələb Etmək üçün Qlobal Kampaniya (DCJ)" mövzusunda tədbir başa çatıb. Hazırda COP29-un rəsmi açılış mərasiminə start verilir.

10:30

Bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) işinə başlayıb.

"Coshare Environment: İqlim dəyişikliyi və mədəni irsin qorunması üzrə submilli fəaliyyət" mövzusu müzakirə edilib.

Hazırda "İqlim Ədalətini Tələb Etmək üçün Qlobal Kampaniya (DCJ)" mövzusunda tədbir keçirilir.

09:42

Bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) işinə başlayıb.

İlk tədbirlər Mavi Zonada start götürüb.

Konfrans "La Ruta del Clima: Zərər və ziyan, təzminat və iqlim borcunun həlli: İnsan hüquqları öhdəliyi, xeyriyyəçilik deyil!" tədbiri ilə başlayıb.

Hazırda "USCAN: Ehtimal edilən COP nəticələrinə yerli xalqların baxışı" mövzusunda müzakirə aparılır.

"Cebheinfo.az"

Seçilən
40
1
cebheinfo.az

2Mənbələr