"Barselona" İspaniya La Liqasının 13-cü turu çərçivəsində səfərdə "Real Sosyedad"a uduzub (0:1).
QOL.az xəbər verir ki, Hans-Dieter Flick-in komandası qapıya doğru 11 zərbə vursa da, onlardan heç biri hədəfə getməyib.
Jurnalist Pedro Martinin yaydığl məlumata görə, bu, son 10 ildə ilk haldır. "Barselona" 2014-cü ilin sentyabrından bəri ilk dəfə olaraq, La Liqa matçında qapıya zərbə vurmayıb.
Qeyd edək ki, "Barselona" hazırda La Liqanın turnir cədvəlində 33 xalla liderdir.