AZ

Gördü ki, arvadı qohumu ilə əl-ələ tutaraq gedir: Bakıda törədilən cinayətin təfərrüatları

Bakıda kişinin arvadını bıçaqladığı hadisənin təfərrüatları məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. 1983-cü il təvəllüdlü Namiq Eyyubov (soyadlar şərtidir) qısqanclıq zəminində həyat yoldaşı Olesya Eyyubovanı 3 dəfə bıçaqlayaraq ağır xəsarətlər yetirib.

Araşdırmalar zamanı məlum olub ki, Namiqlə Olesyanın nikahından 2014 və 2017-ci il təvəllüdlü iki övadları var və qadın paytaxtdakı uşaq bağçalarından birində müəllim kimi çalışır. Namiq Eyyubov bu ilin yanvar ayında paytaxt ərazisində metro stansiyalarından birinin yaxınlığında arvadı ilə bacısının əri Vadimi səmimi şəkildə, əl-ələ tutaraq getdiklərini görüb. O, evdə arvadına onu yaxın qohumu ilə birgə gördüyünü deyib və qısqanclıq zəminində bıçaqlayıb.

Olesya ifadəsində həmin gün həkimə getdiyini və baldızının ərinin onun əlini xəstə olduğu üçün tutduğunu deyib.

Vadim isə parkın ətrafının sulandığını və qaynının arvadının sürüşməməsi üçün onun əlindən tutduğunu bildirib.

Bundan başqa Olesya ilə baldızının əri arasında yazışmaların olması da üzə çıxıb.

Seçilən
22
publika.az

1Mənbələr