AZ

Millinin baş məşqçisidən ən zəif olduqları etirafı: “Rəqiblərimiz də 20-25 il əvvəl bizim kimi idi”

“Biz bu turnirdə olan ən zəif komandalardan biriyik. Çünki komandamızda olan 7 oyunçu 17 yaşındadır”.

Bunu İdman.bizə Azərbaycanın qadın basketbolçulardan ibarət millisinin baş məşqçisi Evren Alkaya deyib.

Türkiyəli mütəxəssis Avropa çempionatının seçmə mərhələsində “Litvaya” 47:108 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb. O, ardıcıl olaraq böyük hesabla uduzmalarına baxmayaraq, gələcəyə ümidlə baxır: “Oyunlarımıza daha çox fayda verən 2 oyunçumuz var ki, onlar da hər matçda birlikdə 50 xal qazana bilirlər. Digər basketbolçularımızın isə artıq karyeralarını bitirmək vaxtları gəlib. Sadəcə, milliyə kömək etmək üçün bizə dəstək olurlar. Bizi “çox pis komandadır, niyə yığma belədir”, deyə dəyərləndirmək lazım deyil. Buraya gələcəkdə necə ola biləcəyimizi görmək üçün gəlmişik. Kənardan nəsə demək asandır. Amma içəridə olduqda fərqli olur. Həqiqətən də ciddi təcrübə qazandıq”.

Alkaya hədəfləri üçün 5 il zamana ehtiyaclarının olduğunu deyib: “Aşağı yaş qrupları ilə bağlı problemimiz yoxdur. Çox ciddi irəliləyirik. Dünya qədər oyunçu tapmışıq. Həftədə 5-6 gün məşq edirlər. Bu səviyyəyə çatmaq üçün təcrübə lazımdır. Amma tələsmək də olmaz. Komandanı nəticələrə görə qınamaq düz deyil. Oyunlara qatılmamaq da düz olmaz. Avropada basketbol yığmaları 30-a çatmır. Hələ də komanda formalaşdıra bilməyən ölkələr var. Bizə federasiya dəstək olur. Polşa və Belçikaya qarşı oyunlarımız var. Bundan sonra bu inkişafa davam edəcəyik. Oyunçularımız özlərindən qat-qat güclü basketbolçulara qarşı mübarizə aparırlar. Meydana çıxıb oynamamaq kimi bir hal yoxdur. Nəticələrin belə olması qaçınılmazdır. Belə olacağını biz bilirdik. Amma Azərbaycan adı bilinməlidir. Rəqiblərimiz də 20-25 il əvvəl bizim kimi idi. Onlar 50 ilə bu səviyyəyə çatıblar. Burda maliyyə ilə əlaqəli heç nə yoxdur. Sistemimizi qurmuşuq və gələcəkdə çoxlu uğurlar qazanacağıq. İşimizin hələ əvvəlindəyik”.

Qeyd edək ki, millimiz seçmə mərhələdə 4 oyundan sonra 4 xalla sonuncudur.

Emin Ağa
İdman.biz

Seçilən
31
idman.biz

1Mənbələr