“Yeni Müsavat” Media Qrupu olaraq, hazırda Bakıda keçirilən COP29 tədbirində iştirak edirik. Tədbirdə dünyanın müxtəlif ölkələrindən nümayəndələr təmsil olunur. Məlumata görə, COP29-da iştirak üçün qeydiyyatdan keçənlərin sayı 60 min nəfəri ötüb. 
“Yeni Müsavat” Media Qrupunun əməkdaşları da COP29-da akkreditasiya olunublar. Akkreditə olunmuş əməkdaşlarımızdan biri, Nigar Həsənlı, tədbirin gedişatı ilə bağlı “Müsavat.com”u məlumatlandırır.
COP29 tədbiri çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə, karbon emissiyalarının azaldılması və dayanıqlı inkişaf hədəflərinə nail olmaq üçün qlobal səylərin artırılması məsələləri müzakirə olunur. Tədbirdə dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri və iqlim sahəsində fəaliyyət göstərən ekspertlər iştirak edirlər.
“Yeni Müsavat” Media Qrupu olaraq, tədbirin gedişatını izləyir və oxucularımıza ən son məlumatları çatdırmağa davam edirik.
Musavat.com