''Tottenhem''lə oyunda diz bağları qopan və böyük şok yaşayaraq mövsümü başa vuran Mauro İkardinin müalicə planı hələ də dəqiqləşməyib.
Argentinalı ulduz ən yaxşı halda gələn yay tam sağalaraq mövsümöncəsi hazırlıqlara qoşulacaq. Türkiyə mətbuatının yazdığına inansaq İkardi rəhbərlikdən vətəninə yollanmaq üçün icazə istəyib. İkardi dizindəki şişin keçməsi üçün 7-10 gün gözləməlidi. Ondan sonra o yenidən müayinədən keçəcək və əməliyyatı ilə bağlı qərar veriləcək. 31 yaşlı futbolçu ya Argentina, ya da İtaliyada əməliyyat olunmaq istəyir. Rəhbərlik psixoloji cəhətdən toparlanması üçün təcrübəli futbolçuya vətəninə yollanmağa icazə verib. İkardinin Argentinaya yola düşəcəyi gözlənilir.
Yeri gəlmişkən, artıq ''Qalatasaray''ın İkardinin yerinə ala biləcəyi ilk futbolçular bəllidi. İstanbul nəhəngi komandaya dərhal fayda verə biləcək səviyyəli bir forvardı 6 aylığa icarəyə götürmək istəyir. İlk namizədlər ''İnter''li Marko Arnautoviç ilə ''Napoli''li Cakomo Raspadoridi. Hər iki futbolçu klubunda əsas heyət üzvü sayılmır və durumundan narazıdı. Raspadori Osimheni də gözəl tanıyır, çünki son illər onunla komanda yoldaşı olmuşdu. Qış transfer dönəminə qədər ''Qalatasaray''ın gündəminə aldığı forvardların sayının artacağı gözlənilir.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta