"Ukraynaya yardımın azaldılması Avropada sabitliyin daha da pozulmasına gətirib çıxara bilər..."
Böyük Britaniya və Fransa ABŞ prezidenti Donald Trampa Ukraynaya yardımı azaldacağına imkan vermək istəmir.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
Nəşr qeyd edir ki, bu gün Böyük Briraniya baş naziri Kir Starmer Fransa prezidenti Emmanuel Makronla görüşəcək. Onlar Trampı yola gətirmək üçün son cəhdlərini edəcək.
Qeyd edilir ki, siyasətçilər həmçinin ABŞ-ın indiki prezidenti Co Baydenin Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinin dərinliklərinə "Storm Shadow" raketləri ilə zərbələr endirməyə icazə verməyə inandırmağın mümkünlüyünü müzakirə edəcək. O cümlədən London müvafiq qərarın, nəhayət, qəbul ediləcəyinə ümid edir.
"Biz hər şeyin, sadəcə, növbəti administrasiyaya saxlanılmasını deyil, yanvarın 20-dək qalan zamandan maksimal olaraq səmərəli istifadə edə biləcəyimizə əmin olmağı çox istərdik", - bunu nəşrin mənbələrindən biri deyib.
Digər həmsöhbət əlavə edib ki, Bayden Ağ Evi tərk etməzdən öncə, gözlənildiyi kimi, "kranları açaraq" Kiyeə əlavə maliyyə yardımı edəcək.
Bundan başqa, qeyd edilir ki, Starmer və Makron Trampın prezidentliyinin Yaxın Şərq üçün nəticələrini və Avropa ilə ticarət müharibəsinin mümkünlüyünü müzakirə edəcək.
Bu arada isə ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib ki, prezident Co Bayden yeni administrasiyanı Ukraynaya dəstəyin zəruri olduğuna inandırmağa çalışacaq.
Bayden administrasiyası Ukraynanın döyüş meydanında imkan daxilində mövqelərini gücləndirməyə və gələcək danışıqlar masası arxasında daha güclü mövqe tutmağına çalışır.
Sallivan həmçinin qeyd edib ki, Bayden administrasiyası öz müddətini başa vuranadək Konqres tərəfindən ayrılmış bütün vəsaitlərin Ukraynanın hərbi dəstəyinə yönəltməyə çalışacaq.
O, deyib ki, Birləşmiş Ştatlar Ukraynadan uzaqlaşmamalıdır, çünki bu, Avropada sabitliyin daha da çox pozulması demək olacaq.