Bakı. Trend:
İqlim dəyişiklikləri cəmiyyətin bütün təbəqələrinə təsirgöstərir. Gənclər sıfır emissiyaya nail olmaq üçün səyləriniartırmalıdırlar. Həm beynəlxalq təşkilatlar, həm də millihökumətlər gənclərin iqlim dəyişikliyi istiqmətində həyatakeçirdikləri tədbirləri dəstəkləməlidir ki, gələcək nəsillər təmizekoloji mühitdə yaşasınlar.
Trend xəbərverir ki, bu sözləri Monqolustanın ekoloji hüquq müdafiəçisi EnhunBiyambadorj COP29 çərçivəsində keçirilən Gənc Liderlər Forumundadeyib.
O bildirib ki, ölkə gəncləri COP20-da fəallıq nümayiş etdirirlərki, bu da onların iqlim dəyişikliyinə biganə olmadığını göstərir.O, müsbət nəticələrin əldə olunacağına inamını ifadə edib.
“COP29 Azərbaycanda yüksək səviyyədə təşkil olunub. TədbirinBakıda keçirilməsi Azərbaycan dövlətinin iqlim dəyişikliklərinəverdiyi önəmi göstərir. İqlim dəyişiklikləri ilə bağlı Azərbaycandafəaliyyət göstərən təşkilatlarla əlaqə qurmaq və birgə fəaliyyətgöstərmək istəyirik”, - deyə monqolustanlı hüquq müdafiəçisi əlavəedib.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcəkCOP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.