AZ

"Greenpeace South Asia" direktoru : Əsas hədəf iqlim maliyyəsinin təminatına nail olmaqdır

"COP29 konfransında atmosferin çirkləndirilməsinə kimin məsuliyyət daşıdığı barədə suala cavab axtarmaq niyyətimiz yoxdur. Əsas hədəf iqlim maliyyəsinin təminatına nail olmaqdır".

APA xəbər verir ki, bunu "Greenpeace South Asia" Təşkilatının icraçı direktoru Yeb Sano COP29 çərçivəsində "Greenpeace International" tərəfindən təşkil olunan mətbuat konfransında deyib.

Tədbirdə həmçinin Bakıda keçirilən bu genişmiqyaslı sammitdən gözləntilər açıqlanıb:

"Filippin iqlim dəyişikliyi ilə mübarizəyə 11 əvvəl başlayıb. Bizim iştirak etdiyimiz bugünkü COP29 konfransında atmosferin çirkləndirilməsinə kimin məsuliyyət daşıdığı barədə suala cavab axtarmaq niyyətimiz

yoxdur. Əsas məqsəd iqlim maliyyəsinin təminatına nail olmaq, İtki və Zərərlərə Cavab Verən Fondun büdcəsini formalaşdırmaqdır. Bir çox insan Yeni Kollektiv Kəmiyyət Hədəfinə nail olmaqdan ibarətdir".

O da qeyd edilib ki, Çin bir müddət əvvəl atmosferə atılan karbon qazı emissiyalarının azaldılması üzrə milli öhdəliklərini müəyyən edib:

"Atmosferə buraxılan karbon qazı emissiyaları həddindən artıq çoxdur. Bizim ölkəmizin də milli səviyyədə müəyyən edilmiş öhdəlikləri mövcuddur. Mən düşünürəm ki, bu, bir ölkənin təkbaşına mübarizə aparacağı problem deyil. İqlim dəyişikliyinin qarşısını almaq üçün kollektiv məqsədlərin müəyyənləşdirilməsinə ehtiyac var".

"Greenpeace Brasil" təşkilatının icraçı direktoru Karolina Paskuali isə vurğulayıb ki, Braziliya bu sahədəki təşəbbüsünü COP29 çərçivəsində sabah elan edəcək:

"İqlim dəyişikliyi problemindən çıxış yolu dərhal tapılmalıdır. Çünki dünya istər tullantı qazları, istərsə də karbon qazı emissiyalarının atmosferə buraxılmasından əziyyət çəkir".

Tədbirdə "Greenpeace USA" Təşkilatının icraçı direktoru Suşma Ramanın videomüraciəti səsləndirilib: "İqlim dəyişikliyi ilə mebarizənin aktuallaşmasında xalqlar, vətəndaş cəmiyyətləri, media nümayəndələri və hüquq müdafiəçiləri effektiv rol oynamalıdır. Cəmiyyətlər ilə növbədə müstəmləkəçiliyə qarşı mübarizəni gücləndirməlidir. Bəşəriyyəti xilas etmək üçün bizim çox az vaxtımız var. Bu səbəbdən də yaradılmış imkandan ən səmərəli şəkildə istifadə etməliyik. Bizim başqa çıxış yolumuz yoxdur".

Seçilən
31
2
apa.az

3Mənbələr