NASA Beynəlxalq Kosmik Stansiyaya yük tədarükü ilə bağlı müqaviləsini 2030-cu ilə qədər uzadıb. AFN.az xəbər verir ki, bu barədə "SpaceNews" məlumat yayıb.Kommersiya Təchizat Xidmətləri müqaviləsi üç şirkət - "Northrop Grumman", "Sierra Space" və "SpaceX ilə uzadılıb. Onların əvvəllər bağlanmış müqavilələri 2026-cı ildə başa çatır. Nəşrin məlumatına görə, müqavilələrə uyğun olaraq, Amerika kosmik agentliyi "Northrop Grumman"a 2,7 milyard dollar, "Sierra Space"ə 1,4 milyard dollar və "SpaceX"-ə 2,8 milyard dollar, ümumilikdə 6,9 milyard dollar ödəməyi öhdəsinə götürüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta