Ukraynaya səfər edən Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrell səhərini Kiyevdəki bomba sığınacağında başladığını bildirib. AFN.az xarici mediaya istinadən xəbər verir ki, o bu barədə X sosial şəbəkəsində paylaşıb.“Mən Kiyevdəki günümə Rusiya növbəti raket zərbəsi endirəndə sığınacaqda başlayıram” - deyə Avropa diplomatiyasının rəhbəri yazıb.Borrell paylaşımına dəhlizdə idman kostyumunda “Sığınacaq” yazılan lövhənin fonunda dayandığı bir fotoşəkil əlavə edib.Diplomat Kiyevə bu vəzifədə sonuncu səfərini edib. O, noyabrın 9-dan Kiyevdədir.Səfər zamanı Borrel Ukraynaya hərbi dəstəyin artırılmasının, eləcə də Rusiya ərazisindəki hərbi obyektlərə zərbələrin endirilməsinin tərəfdarı olduğunu bəyan edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta