AZ

"Beşiktaş" - "Makkabi" matçı Bakıda keçiriləcək? - AÇIQLAMA

"Beşiktaş" Avropa Liqasının Liqa mərhələsinin V turunda "Makkabi" ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, matçın baş tutacağı şəhər hələ də qeyri-müəyyən olaraq qalır.

Lakin oyunun Bakıda keçirilib-keçirilməyəcəyi ilə bağlı sual öz cavabını tapıb. Görüş Azərbaycan paytaxtında təşkil olunmayacaq. Bu barədə klubun vitse-prezidenti Mete Vardar açıqlama verib.

O, bildirib ki, qarşılaşmanın keçiriləcəyi stadion sabah bəlli olacaq:

"Matçın keçiriləcəyi yer sabaha qədər dəqiqləşəcək. Oyun Macarıstanda və ya Almaniyada baş tutacaq. Azarkeş məsələsinə gəlincə, bununla bağlı da rəsmi qurumlara müraciət etmişik". 

Qeyd edək ki, qarşılaşma noyabrın 28-də baş tutacaq. 

Millimizin rəqibləri bəlli olub

Aslan Kərimov: "Norveçdən 3 xalla qayıdacağımıza inanıram"

"Qarabağ"ın Norveç şansları - Əmsallar nə deyir?

Çempionlar Liqası matçında azarkeş öldü

ÇL: Həftənin oyunçusu adına namizədlər bilindi

Seçilən
18
apasport.az

1Mənbələr