Rusiya lideri Vladimir Putin və ABŞ-ın seçilmiş Prezidenti Donald Trampın telefon danışığı ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, prezidentlər arasında son telefon danışığı 2020-ci ildə baş tutub.
“Vaşinqton Post” bundan öncə Trampın seçildikdən sonra Putinə zəng etdikyini yazmışdı.
Müəllif: Qənirə Süleymanova