Türkiyəli müğənni Sərdar Ortaç və şoumen Mehmet Əli Ərbil saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, İstanbul Cümhuriyyət Prokurorluğu sosial mediada qanunsuz mərc oyunlarına təşviq etmə maddəsi ilə istintaq başladıb.
İstintaq çərçivəsində Ərbil və Sərdar da daxil olmaqla 20 şübhəli saxlanılıb.
Qanunsuz mərc oyunlarının təşkili ilə məşğul olduğu iddia edilən digər şəxslərin axtarışları isə davam edir.
Adı çəkilən məşhurlarla yanaşı saxlanılanlar arasında keçmiş futbolçu Batuhan Karadeniz, sosial media fenomenləri İbrahim Yılmaz, Muzaffer Zorbey Erkoçlar, Sefa Caner Sarıçam da var.
Türkiyədə sözügedən cinayətə görə tətbiq ediləcək cəzalar arasında 3 ildən 5 ilədək həbs və cərimələr nəzərdə tutulub.(axsam.az)