İraq üzərindən İranın təhlükəsizliyinə qarşı hər hansı bir addıma adekvat cavab veriləcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri İraqın Milli Təhlükəsizlik Şurasının müşaviri Qasım əl-Əraci İran Xarici İşlər naziri Abbas Əraqçi ilə görüşdə deyib.
Onun sözlərinə görə, İranın təhlükəsizliyinə qarşı atılacaq hər hansı addım Bağdad və İraq Kürd Muxtariyyəti tərəfindən cavablandırılacaq.
“İki ölkə arasındakı əlaqələr strateji və xüsusi əhəmiyyətə malikdir. Biz İraqın təhlükəsizliyini İranın təhlükəsizliyi kimi qəbul edirik. Ümid edirik ki, təhlükəsizlik müqaviləsinin tam şəkildə həyata keçirilməsi ilə iki ölkənin sərhəd bölgələrində sabit təhlükəsizlik təmin olunacaq”, - Əraci vurğulayıb.
Müəllif: Qənirə Süleymanova