Ermənistanın müxalifətdən olan deputatı Geğam Manukyan Baş nazir Nikol Paşinyanın xanmı haqqında kəskin ittihamlar səsləndirib.
“Cebheinfo.az”-ın məlumatına görə, “Ermənistan” fraksiyasının deputatı Manukyan Qeqam Manukyan Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Qriqori Arakelyanın diqqətini Nikol Paşinyanın həyat yoldaşının dəbdəbəli xidməti avtomobilinə çəkərək ondan belə bir alışa nə ehtiyac olduğunu soruşub.
Onun sözlərinə görə, bir neçə il əvvəl Anna Akopyanın başqa bir xidməti maşını olub. İndi ona qiyməti 140 min dollardan çox olan ən yeni “Lexus LX 500” xidmət göstərir.
“Ümumiyyətlə, başa düşmək istərdim ki, yeni avtomobilə ehtiyacın müəyyən edilməsi prinsipi nədir? Necə qərara alırsınız ki, avtomobil o qədər köhnəlib ki, sən yeni xidməti avtomobil götürməlisən?” - deyə Manukyan parlamentin müdafiə komissiyasının iclasında soruşub.
Deputat həmçinin, bildirib ki, Paşinyanın həyat yoldaşını şəxsi xeyriyyə naharında Dövlət Təhlükəsizlik Xidmətinin 30-da artıq əməkdaşının qorumasını necə və nə üçün qərara alındığını ağlına sığışdıra bilmədiyini deyib.
“Təbii ki, baş nazirin ailə üzvləri qanunla qorunur, amma bilmək istəyir ki, baş nazirin həyat yoldaşının 30-dan çox mühafizəçinin müşayiəti ilə olması hansı qanunla müəyyən edilib”, - deyə Manukyan bildirib.
Bu iradlara cavab olaraq DTX-nin rəis müavini bildirib ki, belə qərarlar konkret vəziyyət və müxtəlif amillər dəyərləndirilərək qəbul edilir.
Mühafizəçilərin sayına gəlincə, qərar həm də təhlükəsizlik qüvvələrinin səlahiyyətinə daxildir.
Arakelyan qeyd edib ki, dövlət təhlükəsizlik işçilərinin sayı daim dəyişir.
Ermənistan mediası son aylarda yüksək vəzifəli məmurların, eləcə də dövlət idarələrinin öz avtomobil parkının yenilənməsinə xeyli vəsait xərclədiyini yazır.
Belə ki, sentyabrın əvvəlində İrəvan meriyasının bir ədəd “Mercedes-Benz EQE-500” və 20 ədəd “BYD Song Plus”un alınmasına 644 min dollar xərclədiyi məlum olub.
Demək olar ki, Daxili İşlər Nazirliyinin 3,4 milyon dollara 67 ədəd “Volvo EX40 2024” elektrik krossoveri aldığı aşkarlanıb.