AZ

İqlim dəyişiklikləri Şərqi Karib hövzəsi xalqlarının iqtisadi dayanıqlığına təsir edib - Uitni Melinard

Bakı. Trend:

İqlim dəyişiklikləri Şərqi Karib hövzəsi xalqlarının iqtisadi vəmədəni dayanıqlığına ciddi təsir göstərib.

Trend xəbər verir ki, bunuyerli xalqların hüquq müdafiəçisi Uitni Melinard Bakıda"Fəaliyyətdə birlik: Karib bölgəsinin ədalətli və dayanıqlı adalarıüçün müxtəlif nəsillərin səsləri" mövzusunda panel müzakirəsindəbildirib.

"Biz Şərqi Karib hövzəsində qalan son yerli xalqlarıq vəinanırıq ki, iqlim dəyişikliyindən irəli gələn çətinliklərinöhdəsindən gəlmək üçün dözümlülüyümüz və yaradıcılığımız var.Bununla belə, təəssüf doğuran haldır ki, səbət hörmə və qayıqhazırlamaq kimi resurslarımızı, biliklərimizi və ənənələrimiziitirməkdə davam edirik, xüsusilə iqlimlə bağlı fırtınalarsəbəbindən", - o bildirib.

Uitni Melinard vurğulayıb ki, bu itkilər icmalara təkcə ənənəbaxımından deyil, həm də iqtisadi dayanıqlıq baxımından təsir edib,çünki icmada qadınlar səbət hörmə kimi ənənəvi sənətlə məşğuldurlarvə bu sənətlərdən asılıdırlar.

"O cümlədən biz daha çox daşqınlar, torpaq eroziyası və bununnəticəsində insanların köç etməsi ilə üzləşirik. Lakin birlikdəhərəkət etməyin vacibliyini dərk etmək üçün düşünürəm ki, ənənəvibilikləri gənclərin enerjisi ilə birləşdirmək güclü və təsirli birsinerji yarada bilər", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcəkCOP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
15
2
az.trend.az

3Mənbələr