Bakı. Trend:
Hər il 11 noyabr tarixində ənənəvi olaraq keçirilən qardaşTürkiyənin başlatdığı ağacəkmə aksiyası Azərbaycanda növbəti dəfətəşkil olunub və ölkə ərazisində gün ərzində, ümumilikdə 111 min111 ağac əkilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildirilibki, "Türk dövlətləri milli ağaclandırma günü“ münasibətiləMüşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə tədbirində Türkiyə,Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndələri,həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi,tərəfdaş təşkilatlar və könüllülər iştirak edib.
Qeyd edək ki, ağacəkmə aksiyalarının keçirilməsi və yeniyaşıllıq sahələrinin salınması dünya dövlətlərinin, o cümlədənAzərbaycanın iqlim dəyişmələrinin fəsadlarını minimuma endirməküçün götürdüyü öhdəliklərə, qoşulduğu təşəbbüslərə dəstək vətöhfədir.
"Türk dövlətləri milli ağaclandırma günü“ Türk DövlətləriTəşkilatına (TDT) üzv ölkələrdə də kütləvi ağacəkmə aksiyaları iləqeyd olunur.