AZ

“Qarabağ”da bu gün - Patrik Andradedən komanda yoldaşınaVACİB MESAJ

"Qarabağ" Avropa Liqasının əsas mərhələsində ilk qələbə sevincini Norveçdə yaşadı.

"Bodo Qlimt"lə gərgin keçən matçın sonunda (2:1) ağdamlılarla 3 xalı aktivinə yazdıra bildi.

Toral Bayramovun möhtəşəm qoluna fasilə ərəfəsində meydan sahiblərinin kapitanı Patrik Berq cavab verdi.

Abdullah Zubir isə 72-ci dəqiqədə son nöqtəni qoydu.

Bütün kollektiv 90 dəqiqə sözün əsl mənasında döyüşdü. Soyuq hava, süni meydan, səfər meydanı olmasına baxmayaraq.

Amma təmsilçimizin heyətində fəallığı sezilən Patrik Andradenin qələbədə payını xüsusi qeyd etməsək olmaz.

Julio Romaonun yoxluğu fonunda əsas heyətdə yer alan yarımmüdafiəçi 90 dəqiqə qüsursuz oyun keçirməklə yadda qaldı.

Əksər ikili mübarizələrdən qalib ayrılan futbolçu rəqibin bir neçə sürətlə əks-hücumuna da mane olmağı bacardı.

Bir epizodda qapı xəttindən topu qaytarmaqla komandasını 100%-lik qoldan xilas etdi.

Zubirin qolundan dəqiqələr öncə isə möhtəşəm zərbəsi qapı çatandan geri döndü.

"66 nömrə"nin əsas özəlliyi maksimum riskli hərəkətlərdən uzaq qalmasıdır. Ötürmələrdə gecikmə xətasını yol vermir.

Qısası, Romaonun yoxluğunu hiss etmədik.

31 yaşlı futbolçunun oyunundakı yüksəliş braziliyalı legioner üçün həyəcan siqnal sayılmalıdır.

Ki, özünü əvəzedilməz hesab etməsin. Ehtiyata düşməsinin an məsələ olduğunu qulağından sırğa etsin.

Bəlkə, belədə daha diqqətli, məsuliyyətli olmaqla son matçlarda etdiyi xətalardan qarşıdakı oyunlarda qaçmış olar.

XANOĞLAN/ SPORTİNFO.AZ

Seçilən
15
sportinfo.az

1Mənbələr