Donald Tramp ABŞ prezidenti kimi ilk iş günündə Rusiya və Ukraynanı danışıqlar masası arxasına gətirməyi planlaşdırır.
“Cebheinfo.az”-ın məlumatına görə, Trampın mətbuat katibi Karolayn Livit belə deyib.
Onun sözlərinə görə, prezident seçkilərində qalib gəldikdən sonra Tramp Moskva ilə Kiyev arasında sülh sazişini müzakirə etmək imkanı əldə edib və onlar arasında hərbi münaqişəyə ən qısa zamanda son qoymağa hazırlaşır.
Xatırladaq ki, Donald Trampın inauqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.