AZ

Belarus rəsmi olaraq BRİKS-in tərəfdaş dövləti oldu

Belarus rəsmi olaraq BRİKS-in tərəfdaş dövləti olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Belarus XİN-in mətbuat xidməti məlumat yayıb.

 

Nazirliyin məlumatına görə, noyabrın 5-də Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə ölkənin BRİKS-ə tərəfdaş dövlət kimi qoşulmağa hazır olduğunu bildirən məktub ünvanlayıb.Sənədi Belarusun xarici işlər naziri Maksim Rıjenkov Rusiyanın Minskdəki səfiri Boris Qrızlova şəxsi görüş zamanı təqdim edib.

 

"Yazılı dəvətə rəsmi cavab üzv dövlətlər tərəfindən tərəfdaş statusu almaq üçün razılaşdırılmış prosedurun vacib hissəsidir. Bu andan etibarən ölkə BRİKS-in rəsmi tərəfdaş dövləti hesab olunur", - nazirlik bildirib.

 

Lukaşenko Putinə verdiyi dəstəyə görə təşəkkür edib.

 

Nazirliyin məlumatına görə, tərəfdaş ölkə statusu Belarusa digər məsələlərlə yanaşı, BRİKS sammitlərinin xüsusi sessiyalarında və BRİKS xarici işlər nazirlərinin iclaslarında daimi əsasda iştirak etmək hüququ verir. 


Firuzə Əliyeva

Seçilən
14
sfera.az

1Mənbələr