AZ

AB-nin Ukraynaya ordu göndərməsi… - Stano

Avropa Birliyi hər hansı bir statusda hərbi qüvvələrini Ukraynaya göndərmək barədə qərar qəbul etməyib.

Axar.az xəbər verir ki, bu sözləri AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano deyib.

P.Stano bildirib ki, bu məsələ ilə bağlı AB-nin mövqeyi dəyişməz olaraq qalır:

“Avropa ölkələri Ukraynanın müdafiə haqqını və ədalətli sülh fəlsəfəsinə əsaslanan sülh səylərini dəstəkləyir”.

Seçilən
22
axar.az

1Mənbələr