AZ

Rusiya səfiri Moldova XİN-ə çağırılıb

Rusiya səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, Kişinyovun iki Rusiya pilotsuz aparatının Moldova ərazisində düşməsi ilə bağlı iddialarından sonra Rusiya səfirini XİN-ə çağırıb.

Qeyd edək ki, Moldova Xarici İşlər Nazirliyi respublikanın cənubunda və şimalında tapılan iki PUA-nın Rusiya ərazisindən buraxılması ilə bağlı bəyanat yayıb.

Moldova mətbuatının yazdığına görə, PUA-lar partlayıcılarla təchiz olunmayıb.

Seçilən
21
4
apa.az

5Mənbələr