"Hər zaman işin ən çətin tərəfi sənin üçün doğmalaşan, əziz olan yerdən gedərkən sağollaşmaqdır. Çünki belə anlarda müxtəlif hisslər insana hakim kəsilir”.
İdman.biz xəbər verir ki, bunu “Turan Tovuz”un sabiq məşqçisi Cavid Hüseynov instaqram hesabında yazıb.
Tovuz təmsilçisi ilə müqaviləni qarşılıqlı razılaşma əsasında pozan gənc mütəxəssis komandası ilə vidalaşıb. O bildirib ki, daha da inkişaf etmək, püxtələşmək üçün daim irəliləməlisən: “Geridə qalan müddətdə dünyanın ən nüfuzlu və təcrübəli baş məşqçilərindən olan Kurban Berdiyevin yanında qazandığım əvəzsiz təcrübə məşqçilik karyeramın yeni dönəmində çox böyük üstünlük olacaq. Kurban müəllimə və "Turan Tovuz” rəhbərliyinə, başda prezident Ehtiram Quliyev, Səməd Nəsibov olmaqla bütöv "Turan" ailəsinə isti, ailəvi münasibətə görə sonsuz təşəkkürümü bildirirəm. Bundan başqa, istər futbolçu, istərsə də məşqçilik karyeramda gördüyüm ən çılğın, sədaqətli azarkeş qrupundan olan Tovuz fanatlarına dərin minnətdarlığımı çatdırıram. "Turan Tovuz” komandasına bundan sonra da böyük uğur və müvəffəqiyyət arzulayıram. Sizi heç zaman unutmayacam".
Qeyd edək ki, Hüseynovun “Səbail”in baş məşqçisi olacaq. Lakin hələlik Bakı təmsilçisi onu rəsmi açıqlamayıb.
Aytac Sahəd
İdman. biz