AZ

Məşhur hücumçu karyerasını başa vurdu

"Qalatasaray"ın sabiq futbolçusu Bafetimbi Qomis gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, fransalı hücumçu peşəkar karyerasını başa vurub. Bu barədə futbolçu özü məlumat verib.

Bafetimbi Qomis "Sent-Etyen"in yetirməsidir. 39 yaşlı forvard karyerası ərzində "Trua", "Lion", "Suonsi", "Marsel", "Qalatasaray", "Əl-Hilal" və "Kavasaki"də çıxış edib.

Ulduz futbolçu bu müddətdə meydana çıxdığı 795 rəsmi matçda 350 qol və 75 məhsuldar ötürmə ilə yadda qalıb. O, Fransa millisinin heyətində keçirdiyi 12 görüşdə 3 dəfə fərqlənib.

Qomis Türkiyə Super Liqası (2), Fransa Kuboku (1), Fransa Super Kuboku (1), Səudiyyə Ərəbistanı Liqası (3), Səudiyyə Ərəbistanı Kuboku (1), Asiya Çempionlar Liqası (2), Yaponiya Kuboku (1), Yaponiya Super Kubokunu (1) qazanıb, müxtəlif klubların heyətində 4 dəfə bombardir olub.

saytlarin hazirlanmasi

Seçilən
27
3
sportal.az

4Mənbələr