AZ

Şəhidin qızı Avropa çempionu oldu

Azərbaycanın kiçik yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa birinciliyini 2 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.

Fanat.Az xəbər verir ki, yığma üzvlərindən Esmanur Azayeva (36 kq) və Dərya Hüseynova (24 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Şahin Abdullayevlə (48 kq) Aliyə Məmmədli (+57 kq) gümüş, Yusif Zeynallı (52 kq) isə bürünc medal əldə edib.

Qeyd edək ki, Avropa birinciliyində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Dərya Hüseynova 44 günlük Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuş Elbrus Hüseynovun qızıdır.

Seçilən
13
28
fanat.az

10Mənbələr