AZ

"Trenyol"da karqo qiymətləri artıb? - AÇIQLAMA

"Trendyol" Türkiyədən gətirilən məhsulların karqo qiymətlərinin artırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib. 

 

Şirkətdən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, daşınma xərclərində heç bir artım yoxdur. 

 

Qeyd: "Trendyol"la Türkiyədən gətirilən  məhsulların karqo qiymətlərində ən aşağı desi qiyməti 79,99 TL (3 manat 96 qəpik) təşkil edir. Qiymətlər bağlamaların həcminə görə 5 kateqoriya üzrə formalaşır və ölçüsündən asılı olaraq 79,99 TL, 99,99 TL, 199,99 TL, 299,99 TL və 399,99 TL arasında dəyişir.

 

Aytəkin Qardaşova

Tarix: 11 Noyabr 2024, 19:30   
Seçilən
48
2
pravda.az

3Mənbələr