AZ

Tramp Baydenin sərəncamlarını LƏĞV EDƏCƏK

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp vəzifəsinin ilk həftəsində hazırkı Prezident Co Baydenin onlarla sərəncamını ləğv edəcək.

 

Sfera.az xəbər verir ki, bunu Trampın mətbuat katibi Karolin Leavitt deyib.

 

"Co Bayden və Kamala Harrisin ilk Tramp administrasiyasının təsirli siyasətlərini dəyişdirmək üçün imzaladıqları bütün icra sərəncamları ləğv ediləcək", - o bildirib.


Leavittin sözlərinə görə, Baydenin vəzifəsinin ilk həftəsində imzaladığı 94 icra sərəncamı sərhəd böhranına və iqtisadi böhrana gətirib çıxarıb. Buna görə də Harris-Baden administrasiyasının siyasətinin tərsinə çevrilməsi üçün Tramp yenidən prezident seçildi.

 

Qeyd edək ki, Tramp noyabrın 5-də keçirilən seçkilərdə Demokratlar Partiyasının namizədi olan ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harrisi məğlub edib. Respublikaçılar Partiyası Senatda nəzarəti ələ keçirib və Nümayəndələr Palatasında da çoxluğu qazanacağı gözlənilir. Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-nə təyin edilib.


Firuzə Əliyeva

Seçilən
30
50
sfera.az

10Mənbələr