AZ

Arteta: “Çelsi” üzərində əldən verdiyimiz qələbədən pərişanam”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində “Çelsi” ilə səfər oyununu (1:1) şərh edib.

Arena.az “Sky Sports” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Əldən verilmiş qələbənin məyusluğu, qazanılmış xala qaneliyimdən daha güclüdür və bu oyunu izlədikdən sonra müvafiq duyğunun daha da güclənəcəyini düşünürəm. Rəqibimiz üzərində üstünlük saxladıq, əksər mərhələlərdə isə daha yaxşı idik. Qol vurduqdan sonra qol buraxmaq çox məyusedicidir. Bu, çox pis idi, biz bunu qəbul edə bilmərik”, deyə Arteta vurğulayıb.

İspan mütəxəssis “zadaganlar”la oyunsonrası mətbuat konfransında “topçular”ın oyunçularının səhhəti haqda qayğılandığını da vurğulayıb:

“Mən dualar edirəm ki, oynamağa tam hazır komandamız olsun. Belə ki, onlar sağlam və yaxşı idman formasında olsunlar, çünki son səkkiz həftədə kabus yaşamışıq”, – ESPN şəbəkəsi Artetadan sitat gətirir.

11 turdan sonra “Çelsi” və “Arsenal” hər biri 19 xal toplayıblar və Premyer Liqanın yarış cədvəlində müvafiq olaraq 3-cü və 4-cü yerləri bölüşürlər.

İngiltərə Premyer Liqasına 28 xalla “Liverpul” başçılıq edir.

Seçilən
14
arena.az

1Mənbələr