Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı ölkələri İsrailə silah tədarükünü məhdudlaşdırmaq üçün səy göstərəcəklər.
Axar.az xəbər verir ki, bu barədə Ər-Riyadda keçirilən sammitin bəyanat layihəsində bildirilib.
Məlumata görə, sənəd sammit iştirakçılarının “İsrailə silah ixracını qadağan etməyə çalışacaqlarını” göstərir.