AZ

“Ehtiyatda qalmaqdan narahat deyiləm” – Azərbaycanda belə futbolçu da var!

“Bu barədə çox danışmaq istəmirəm.

Baş məşqçinin qərarl belədir, mən də hörmət edirəm”.

“Zirə”nin müdafiəçisi Stefan Aka Sportinfo.az-a açıqlamasında cari mövsümdə az şans qazanması ilə bağlı sualı cavablandırıb.

Mövsüm başlayandan bu yana “qartallar” avrokuboklarda 8, Premyer Liqada 11 oyun keçirdiyi halda, 34 yaşlı müdafiəçi cəmi 8 dəfə şans qazanıb. Başqa cür desək, Ange Mutsinzinin gəlişindən sonra ehtiyat oyunçular skamyasının bəzəyinə çevrilib.

Aka üzləşdiyi vəziyyətə görə narahat deyil. Onun üçün önəmli olan kimin oynaması yox, “Zirə”nin uğur qazanmasıdır:

“Kifayət qədər təcrübəyə sahibəm və baş məşqçimiz nəyə qadir olduğumu yaxşı bilir. Bu kimi məsələlərdə peşəkar davranmaq borcumdur.

Məşqlərimi edirəm, verilən tapşırıqları yerinə yetirməyə çalışıram. Mutsinzi əsas heyətdə çıxış etdiyi halda komandamız uğurlu nəticələr qazanırsa, buna yalnız sevinə bilərəm.

Çünki bu komanda mənim yox, bizimdir. Ehtiyatda qalmaqdan narahat deyiləm.

Baş məşqçi nə vaxt şans verirsə, əlimdən gələnin ən yaxşısını etməyə çalışıram”.

2023-cü ilin yayından “Zirə”nin şərəfini qoruyan səbəbkar bu müddətdə 38 oyunda meydana çıxıb.

HƏBİB

Seçilən
25
sportinfo.az

1Mənbələr