AZ

Çinin çip indeksi 3 ilin ən yüksək səviyyəsinə yaxınlaşdı

Çinin yarımkeçirici indeksi bu gün keçirilən əməliyyatlarda, ABŞ-ın "Taiwan Semiconductor Manufacturing Co." şirkətinin çinli müştərilərə qabaqcıl çip tədarükünü dayandırmaq qərarının Pekinin özünütəminat səylərini sürətləndirəcəyi gözləntisi ilə üç ilin ən yüksək səviyyəsinə yaxın bir sıçrayış yaşayıb.

Valyuta.az xəbər verir ki, "CSI" yarımkeçirici indeksi bazar ertəsi günü əməliyyatlar zamanı 20 dekabr 2021-ci ildən bəri ən yüksək səviyyəsinə çıxaraq 6%-dən çox artıb, "CSI" inteqral dövrələr indeksi isə 5% yüksəlib.

Analitiklər bu addımın süni intellekt sürətləndiriciləri və qrafik emal blokları üçün çip dizayn edən çinli firmalara qısamüddətli bəzi çətinliklər yarada biləcəyini, lakin şirkətlərin çox az alternativi olduğundan yerli çip istehsalı sektoruna müsbət təsir edəcəyini bildiriblər.

Çinin ən böyük tökmə zavodu və ölkədə "TSMC"yə əsas alternativ olan "SMIC"in səhmləri 4%-dən çox yüksəlib. Çinli broker şirkəti "Cinda Securities" bildirib ki, "orta və uzun müddətdə təchizat zəncirinin yenidən təşkilini zəruri edəcək, yerli qabaqcıl proses istehsal gücünə tələbi artıracaq və yarımkeçirici avadanlıq və materiallarda texnoloji sıçrayışları təşviq edəcək."

Rəhim

Seçilən
13
valyuta.az

1Mənbələr