Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 11-dəBirləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçıdirektoru Katrin Rassel ilə görüşüb.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə BMT-nin İqlimDəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyası - COP29-un Bakıda keçirilməsi beynəlxalqictimaiyyət tərəfindən ölkəmizə göstərilən böyük etimadın bariznümunəsi kimi qiymətləndirildi.
Azərbaycan ilə UNICEF arasında birgə həyata keçirilən layihələrnəzərdən keçirildi, həmçinin qarşılıqlı maraq doğuran sahələrdəəməkdaşlıq perspektivləri müzakirə olundu.