Türkiyənin İstanbul şəhərinin bələdiyyə məclisində dava düşüb.
Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, məclisin iclasında hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvləri ilə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri arasında qarşıdurma yaşanıb.
Belə ki, Məclisin sədri Nuri Arslan AKP nümayəndələrinə danışmağa icazə verməyib və dava bundan sonra başlayıb. AKP üzvləri CHP-dən seçilən məclis sədrinin qərəzli davrandığını bildiriblər.
Dava zamanı Məclis üzvləri əlbəyaxa olublar və bir-birilərinə su butulkaları atıblar.